Ağ Ev: Putinlə danışan Tramp yox, Uitkoff olub
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Prezidenti Donald Tramp martın 13-də Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
"Xeyr, Tramp danışmayıb. Putinlə Moskvada Stiv Uitkoff danışıb", - o, müvafiq suala cavab verib.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti "Truth" sosial şəbəkəsində Rusiya Prezidenti Vladimir Putinlə çox yaxşı və məhsuldar müzakirələr apardıqlarını və dəhşətli, qanlı müharibənin nəhayət başa çatacağına dair hər cür şans olduğunu yazmışdı. Amma Amerika lideri Rusiya dövlət başçısı ilə telefon danışığını, yoxsa Putinin Uitkoffla danışdığını nəzərdə tutduğuna aydınlıq gətirməmişdi.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...