Ağ Ev: ABŞ və İran danışıqları PUA ilə bağlı insidentə baxmayaraq qüvvədədir
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İran arasında bu həftə keçiriləcək danışıqlar İranın vurulan pilotsuz uçuş aparatı (PUA) ilə bağlı insidentə baxmayaraq hələ də qüvvədədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt "Fox News" telekanalına müsahibəsində bildirib.
"Xüsusi elçi Stiv Uitkoff bu həftə iranlılarla danışıqlar aparmağa hazırlaşır. Hazırda görüş hələ də planlaşdırıldığı kimi qalır", - Livitt deyib.
O həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı bir sıra variantları var, o cümlədən hərbi gücün tətbiqi variantı da.
Daha əvvəl "Axios" portalı məlumat vermişdi ki, ABŞ Prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Uitkoffla İranın xarici işlər naziri Abbas Əraqçi arasında görüş fevralın 6-da İstanbulda gözlənilir.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...