Afrikanın cənubunda son 40 ilin ən şiddətli quraqlığı olub
Afrikanın cənubunda son 40 ilin ən şiddətli quraqlığı olub.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, quraqlıqdan qaynaqlanan ərzaq böhranı səbəbi ilə bölgədə 15 milyon insanın təcili ərzaq yardımına ehtiyac duyduğu bildirilib.
Dünya Meteorologiya Təşkilatına görə, 2023-cü ilin iyul ayından bəri davam edən "El Nino" hava hadisəsi səbəbindən əsasən Zambiya, Malavi, Zimbabve, Mozambik, Namibiya, Anqola, Botsvana və Lesoto olmaqla, Afrikanın cənubunda son 40 ilin ən şiddətli quraqlığı yaşanır.
5 ilin ən pis məhsul yığımı dövrünü keçirən bölgə ölkələrin ərzaq ehtiyatları tükənib.
Digər tərəfdən pis qidalanma və susuzluq səbəbindən gələcək aylardan etibarən bölgədə yoluxucu xəstəliklərin artacağı gözlənilir.
Oxşar xəbərlər
Rusiya indi də Ermənistandan badımcan almağı dayandırdı
Rusiya ölkəyə Ermənistandan daha bir neçə növ ərzaq məhsulunun idxalına müvəqqəti qadağa qoyub. BAKU.WS xəbər verir ki, bu barədə məlumat "Rosselxoznadzor"un rə...