Afrikadan gələn toz Kritdə səmanı qırmızıya boyadı
02
apr
2026
16:05
Yunanıstanın Krit adası Afrikadan əsən güclü küləklərin gətirdiyi toz fırtınasının təsiri altına düşüb.
BAKU.WS xəbər verir ki, cənub istiqamətindən əsən güclü küləklər səhradan qalxan toz kütləsini adaya daşıyıb. Nəticədə, Kandiye şəhəri qırmızı rəngli dumanla örtülüb, görünüş məsafəsi xeyli azalıb.
Saatda 100 kilometrə çatan külək səbəbindən Heraklion hava limanında uçuşlar ləğv edilib, dəniz nəqliyyatı isə dayandırılıb.
"Erminio" adlandırılan fırtına Kritlə yanaşı bəzi bölgələrdə məktəblərin bir gün müddətinə distant təhsilə keçməsinə səbəb olub.
Oxşar xəbərlər
Netanyahu: "Hizbullah" Livanda atəşkəsi pozaraq İsrail hərbçilərinə hücum edib
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, bu gün səhər "Hizbullah" Livanda atəşkəs rejimini pozaraq "Mavi xətt" daxilində İsrail hərbçilərinə hücum ed...