Afrikada sirli yeraltı keçidlər aşkar edilib

Almaniyalı alimlər Afrikada və Yaxın Şərqdə kim tərəfindən qazıldığı hələ də bilinməyən sirli yeraltı keçidlər aşkar ediblər.
BAKU.WS xəbər verir ki, bu barədə Futurism nəşri məlumat yayıb.
Meynz Universitetinin alimləri hesab edirlər ki, bu keçidlər hansısa canlı orqanizmin fəaliyyəti nəticəsində yaranıb. Onların fikrincə, bu canlılar artıq çoxdan nəsli kəsilmiş bir növə aid ola bilər. Tədqiqatçılar keçidlərin təxminən 1-2 milyon il yaşı olduğunu bildiriblər.
Keçidlər olduqca kiçik ölçülərə malikdir: uzunluğu təxminən 2,5 santimetr, eni isə 0,5 millimetr təşkil edir. Onlar əsasən mərmər və əhəngdaşı qatlarında aşkarlanıb.
Bu cür yeraltı keçidlər ilk dəfə 15 il əvvəl Namibiyada tapılıb. Daha sonra Səudiyyə Ərəbistanı və Omanda da oxşar strukturlara rast gəlinib.
Araşdırmanın nəticələri Geomicrobiology adlı elmi jurnalda dərc olunub.
Qeyd edək ki, bundan əvvəl məşhur misirli arxeoloq Zahi Həvass bəzi italiyalı tədqiqatçıların Qiza ehramlarının altında "böyük gizli şəhər" tapmaları ilə bağlı iddialarını saxta adlandırmışdı.
Qalereya
Oxşar xəbərlər
Dünyanın ən qeyri-adi yeməkləri – dadına baxmaq üçün növbəyə duranlar
Qlobal mətbəxlər bəzən yalnız dad deyil, həm də cəsarət tələb edir. Dünyanın müxtəlif ölkələrində elə yeməklər var ki, onların görünüşü, tərkibi və hazırlanma ü...