Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğanla görüşdü
İngiltərənin "Hall Siti" klubunun sahibi Acun Ilıcalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
BAKU.WS xəbər verir ki, Ilıcalı görüşlə bağlı sosial media hesabında paylaşım edib.
Acun bildirib ki, Ərdoğan sıx iş qrafikinə baxmayaraq onu Prezident Sarayında qəbul edib.
"Dövlət başçımız Rəcəb Tayyib Ərdoğan sıx iş qrafikinə baxmayaraq, məni Prezident Sarayında qəbul etdi. Hörmətli Prezidentimizə "Hall Siti" klubu ilə İngiltərə Premyer Liqasına yüksəlmək yolunda gördüyümüz işlər barədə ətraflı məlumat vermək imkanı qazandım. Göstərdiyi diqqət və maraq məni qürurlandırdı və xoşbəxt etdi. İnşallah, Allah gələcəkdə əldə edəcəyimiz yeni uğurları da onunla bölüşmək fürsətini bizə nəsib edər" - deyə Ilıcalı bildirib.
Oxşar xəbərlər
Nepaldakı faciədə həlak olanların sayı artıb
Çinin Tibet Muxtar Bölgəsi ilə sərhəddə yerləşən Nepalda baş verən dağıdıcı torpaq sürüşməsi və ardınca gələn güclü daşqın nəticəsində həyatını itirənlərin sayı...