Abxaziyada etirazçılar parlament binasına daxil olublar

Gürcüstanda etirazçılar Abxaziyanın paytaxtı Suxumidə parlament binasının pəncərələrindəki barmaqlıqları sındıraraq kütləvi şəkildə içəri daxil olublar.
BAKU.WS bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Məlumata görə, güc strukturları cavab olaraq izdihama bir neçə tüstü qumbarası atıb. Bundan əlavə, etirazçılar binanın qapısını da qırıblar.
Xatırladaq ki, müxalifət tərəfdarları ilə hüquq-mühafizə orqanları arasında qarşıdurmalar səhər parlament binasının qarşısında başlayıb. Parlament üzvləri Rusiya ilə hökumətlərarası investisiya razılaşmasının ratifikasiyasını müzakirə etməli idilər. Bu razılaşma müxalifət siyasətçiləri tərəfindən tənqid obyektinə çevrilmişdi. Deputatların qərarına əsasən, gündəliyin təsdiq edilməməsi səbəbindən iclas ləğv edilib.
Etirazçılar hasarın bir hissəsini dağıdaraq hüquq-mühafizə orqanlarının mühasirəsinə fişəng, butulka, yumurta və taxta parçaları atmağa başlayıblar. Binanın qarşısında atəşə bənzəyən səslər eşidilib. Daha sonra iğtişaşlar yaxınlıqdakı administrasiya binasına da yayılıb.
Oxşar xəbərlər
Maduro Kolumbiya sərhədi və sahillərə 25 min hərbçi göndərdi
Venesuela Prezidenti Nikolas Maduro Kolumbiya ilə sərhəd bölgələrinə, həmçinin Karib dənizi və Atlantik sahillərinə 25 min hərbçinin yerləşdirilməsinə göstəriş...
