ABŞ və Ukrayna prezidentləri arasında qarşıdurma yaşanıb

ABŞ və Ukrayna prezidentləri arasında qarşıdurma yaşanıb
Dünya 231

Ağ evdə danışıqlar zamanı ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında qarşıdurma yaşanıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Ukrayna lideri amerikalı həmkarını Rusiya tərəfi ilə güzəştə getməməyə çağırıb.

"Biz sizə 350 milyard verdik. İndi çətin vəziyyətdəsiniz. Əlinizdə heç bir güclü kart yoxdur. Biz ölkənizi xilas etmək və savaşı dayandırmaq istəyirik. Siz "mən müharibəni dayandırmaq istəmirəm" deyə bilməzsiniz", – ABŞ Prezidenti səsini ucaldaraq söyləyib. Bundan başqa, dialoq zamanı Trampın yanında olan vitse-prezident Cey Di Vens əlavə edib: "Heç bir dəfə də olsun "sağ ol" deyibsiniz?".

Son xəbərlər