ABŞ və Kanada arasında yeni PROBLEM - Trampın şərti narazılıq yaratdı

ABŞ və Kanada arasında yeni PROBLEM - Trampın şərti narazılıq yaratdı
Dünya 18

Kanadanın təyyarə istehsalı ilə məşğul olan "Bombardier" şirkəti Donald Trampın məhsullarının ABŞ-də sertifikatlaşdırılmasının ləğvi ilə bağlı açıqlamalarından sonra Kanada hökuməti ilə məsləhətləşmələr aparır.

BAKU.WS xəbər verir ki, bu barədə şirkətin yaydığı açıqlamada bildirilib.

"Biz ABŞ Prezidentinin sosial şəbəkədə paylaşdığı bəyanatı diqqətə almışıq və Kanada hökuməti ilə daimi əlaqədəyik", - deyə qeyd olunub.

Şirkət rəhbərliyi vəziyyətin qısa müddətdə nizamlanacağına ümid etdiklərini də vurğulayıb.

Qeyd edək ki, Donald Tramp bir gün əvvəl "Truth Social" şəbəkəsində Vaşinqtonun Kanadada istehsal olunan bütün təyyarələrin ABŞ-də sertifikatlaşdırılmasını ləğv etmək qərarı verdiyini açıqlayıb. Bu addımın Kanadanın ABŞ-nin "Gulfstream" biznes-cetlərini sertifikatlaşdırmaqdan imtina etməsinə cavab olaraq atıldığı bildirilib.

Ağ Evin rəhbəri vurğulayıb ki, "Gulfstream" təyyarələri Kanada hakimiyyəti tərəfindən tam təsdiq olunmayana qədər ABŞ-də sertifikatlaşdırmanın bərpası nəzərdə tutulmur.

Tramp həmçinin xəbərdarlıq edib ki, vəziyyət dəyişməzsə, Kanadadan ABŞ-yə satılan bütün təyyarələrə 50 faiz gömrük rüsumu tətbiq ediləcək.

Xatırladaq ki, bundan əvvəl ABŞ NATO qarşısında üç əsas vəzifə müəyyənləşdirmişdi.

Son xəbərlər