ABŞ və İran arasında memorandumun imzalanmasının təfərrüatları məlum olub
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ və İran arasında memorandumun imzalanmasının təfərrüatları məlum olub.
BAKU.WS xəbər verir ki, memorandumun rəsmi imzalanma mərasimi iyunun 19-da İsveçrədə baş tutacaq.
Bu barədə "NBC News" öz mənbəsinə istinadən məlumat yayıb.
Nəşrdə qeyd olunub ki, sazişin cümə günü İsveçrədə şəxsən və rəsmi şəkildə imzalanması gözlənilir.
Adı açıqlanmayan amerikalı məmurun sözlərinə görə, qarşılıqlı anlaşma memorandumu artıq elektron formada imzalanıb, lakin İsveçrədə rəsmi mərasim keçirilməlidir.
O hэьбштшт əlavə edib ki, mərasimdə ABŞ-nin vitse-prezidenti Cey Di Vensin iştirakı gözlənilir.
Daha əvvəl Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp ABŞ və İranın hərbi əməliyyatların dayandırılmasına dair qarşılıqlı anlaşma memorandumu imzaladıqlarını təsdiqləmişdi.
Oxşar xəbərlər
FES uçot dərəcəsini 4 % səviyyəsində saxlayıb
ABŞ-nin Federal Ehtiyat Sistemi (FES) Vaşinqton administrasiyasının tələbinə uyğun olaraq uçot dərəcəsini azaltmayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki...