ABŞ SEPAH-la əlaqələli bəzi sanksiyaları aradan qaldırıb
ABŞ administrasiyası İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqələndirilən üç aviaşirkət və iki təyyarəyə tətbiq olunmuş terrorizmlə bağlı sanksiyaların ləğvi barədə qərar qəbul edib.
BAKU.WS "Reuters"ə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin yenilənmiş sanksiyalar siyahısında həmin aviaşirkətlər və təyyarələrin adları artıq terrorizm məhdudiyyətləri tətbiq edilən subyektlər sırasında yer almır.
Vaşinqton hələlik bu qərarın hansı səbəbdən verildiyi barədə rəsmi izahat təqdim etməyib.
Sanksiyaların aradan qaldırılması ABŞ və İran arasında diplomatik təmasların davam etdiyi bir dövrə təsadüf edir. Beynəlxalq mediada yayılan məlumatlara əsasən, yaxın vaxtlarda Vaşinqton və Tehran arasında mümkün razılaşmanın elan oluna biləcəyi də istisna edilmir.
Oxşar xəbərlər
Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb
ABŞ-nin "Abraham Lincoln" təyyarədaşıyan gəmisi Yaxın Şərqdəki uzunmüddətli dislokasiyadan sonra şənbə günü Quam adasındakı bazaya çatıb. BAKU.WS "Report"a isti...