ABŞ Prezidenti Rusiya ilə bağlı sanksiyaları yumşaltmağı planlaşdırmır
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya – Ukrayna münaqişəsinin həlli çərçivəsində ABŞ Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını təklif etməyi planlaşdırmır.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistin Ukrayna üzrə danışıqlarda sanksiyaların yumşaldılması məsələsinin müzakirə edilə biləcəyi ilə bağlı sualına cavab verərkən bildirib.
"Hazırda bu, mümkün olmayacaq", – o vurğulayıb.
Tramp qeyd edib ki, sanksiyaların ləğvi məsələsini yalnız Rusiya – Ukrayna müharibəsi başa çatdıqdan sonra nəzərdən keçirməyi planlaşdırır: "Əvvəlcə görmək istəyirəm ki, (sülh sazişi – red.) əldə edə biləcəyikmi", – o söyləyib.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...