ABŞ Prezidenti Çinə səfərini təxirə salıb
17
mar
2026
22:22
ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişə fonunda bu aya planlaşdırılan Çinə səfərinin təxirə salındığını elan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, bu barədə oval kabinetdə İrlandiyanın Baş naziri Mixol Martinlə görüşü zamanı bildirib.
"Biz görüşü təxirə salırıq və görünür, o, təxminən beş həftə sonra baş tutacaq. Biz Çinlə əlaqədə qururuq. Onlar etiraz etmədilər", - Tramp deyib.
O əlavə edib ki, Çin sədri Si Cinpinlə görüşü səbirsizliklə gözləyir.
Oxşar xəbərlər
Avropa İran məsələsində ABŞ-ni niyə dəstəkləmir? - Savaşın gedişatında dilemma
"Bu, Avropanın müharibəsi deyil. Regiondakı vəziyyətlə bağlı Qırmızı dənizdə "Aspides" əməliyyatımız var. Bu mandatın Hörmüz boğazını əhatə etməsi, Maskat xətti...