ABŞ ordusunun Baş Qərargah rəisi istefa verdi
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Ordusunun Baş Qərargah rəisi vəzifəsində dəyişiklik baş verib. Pentaqon general Rendi Corcun istefaya göndərildiyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell sosial şəbəkədə paylaşım edib.
O bildirib ki, Rendi Corc ABŞ Ordusunun 41-ci Baş Qərargah rəisi postunu tərk edib və qərar dərhal qüvvəyə minib. Eyni zamanda generalın təqaüdə çıxdığı qeyd olunub.
Daha əvvəl CBS telekanalı ABŞ müdafiə naziri Pit Heqsetin Corcdan vəzifəsini dərhal tərk etməsini tələb etdiyini yazmışdı. Mənbələrin sözlərinə görə, nazir və ölkə rəhbərliyi ordunun inkişafı ilə bağlı yeni yanaşmanı həyata keçirəcək fərqli namizəd görmək niyyətindədir.
Xəbərdə həmçinin vurğulanır ki, Baş Qərargah rəisi vəzifəsinə əsas namizədlərdən biri general Kristofer Laniv hesab olunur. O, hazırda Corcun müavini kimi fəaliyyət göstərib və eyni zamanda Heqsetin keçmiş köməkçilərindən biri olub.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...