ABŞ-nin Suriyadakı hərbi bazasına raket atıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Suriyanın Deyr-əz-Zor vilayətində Konoko neft-qaz yatağı yaxınlığındakı ABŞ silahlı qüvvələrinin bazası silahlılar tərəfindən raket atəşinə tutulub.
BAKU.WS xəbər verir ki, bu "əl-Mayadin" telekanalı məlumat yayıb.
Məlumata görə, raket hücumundan sonra hərbi bazadan, o cümlədən Suriya ordusunun nəzarəti altında olan Deyr-əz-Zorun şərq ərazilərinə cavab atəşi açılıb.
Deyr-əz-Zor bölgəsi uzun illərdir ki, ABŞ və Suriya qüvvələri arasında gərginlik ocağı olaraq qalır. Bölgədə zəngin neft ehtiyatları uğrunda mübarizə gedir.
Qeyd edək ki, Suriyada 2011-ci ildən bəri davam edən vətəndaş müharibəsi zamanı ölkənin şərqində yerləşən Deyr-əz-Zor əyaləti İŞİD terror qruplaşmasının əsas dayaq məntəqələrindən biri olmuşdu. 2017-ci ildə Suriya ordusu Rusiya HHQ-nin dəstəyi ilə vilayətin böyük hissəsini terrorçulardan azad etsə də, bəzi ərazilər hələ də yaraqlıların nəzarəti altındadır. Bölgədə eyni zamanda ABŞ-nin dəstəklədiyi kürd silahlıları da mövcuddur.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...