ABŞ-nin hücumu nəticəsində Venesuela ölənlərin sayı bilindi
Yeniliklərdən dərhal xəbərdar olun
Yanvarın 3-də ABŞ-nin hücumu nəticəsində 47 Venesuela hərbçisi və 32 Kuba əsgəri də daxil olmaqla 83 nəfər həlak olub.
BAKU.WS xəbər verir ki, bu barədə Venesuela müdafiə naziri Vladimir Padrino Lopes yerli "Primicia" nəşrinə bildirib.
"ABŞ hərbi məqsədinə nail olub, amma Vətən öz mövqeyində dayanır. Həyatını qurban verən 47 kişi və qadın var", - deyə Padrino Lopes bildirib. O, əlavə edib ki, ən azı 112 nəfər yaralanıb.
8 yanvarda Venesuela daxili işlər naziri Diosdado Kabello ABŞ-nin ölkəyə hücumu nəticəsində azı 100 nəfərin öldüyünü bildirmişdi.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...