ABŞ müdafiə naziri Konqresdə ifadə verəcək

ABŞ müdafiə naziri Konqresdə ifadə verəcək
Dünya 41

ABŞ müdafiə naziri Pit Heqset İranla bağlı hərbi gərginlikdən sonra ilk dəfə Konqresdə ifadə verə bilər.

BAKU.WS The Hill qəzetinin məlumatına istinadən xəbər verir ki, Heqsetin 29 aprel tarixində Konqres qarşısında çıxış edəcəyi gözlənilir.

Onun Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsi qarşısında ifadə verməsi planlaşdırılır. İclasda həmçinin ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Den Keynnin də iştirak edə biləcəyi bildirilir. Lakin tarixin dəyişə biləcəyi istisna olunmur.Xatırladaq ki, Pentaqon martın 25-də ABŞ və İsrailin İrana qarşı əməliyyatları ilə bağlı Konqres üzvlərinə qapalı brifinq təqdim edib.

Bunun ardınca komitənin demokrat üzvləri Respublikaçı konqresmen Mayk Rocersə açıq dinləmələrin keçirilməsi çağırışı ediblər. Onlar administrasiyanı şəffaflıqda ittiham edərək, Konqresin və ictimaiyyətin kifayət qədər məlumatlandırılmadığını bildiriblər.

Rocers isə baş verənlərlə bağlı daha geniş məlumat tələb etdiklərini qeyd edib.

Son xəbərlər