ABŞ Mərkəzi Komandanlığı: İranın 20-dən çox hərbi gəmisi məhv edilib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin endirdiyi zərbələr nəticəsində İran 20-dən çox hərbi gəmisini itirib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn mətbuat konfransında açıqlama verib.
"Biz İranın 20-dən çox hərbi gəmisini məhv etmişik. Onların arasında bir freqat və bir sualtı qayıq da var. Hazırda əməliyyat bölgəsində İranın dənizdəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə neytrallaşdırmışıq", - deyə o bildirib.
Daha əvvəl isə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri, admiral Bred Kuper Amerika hərbçilərinin 17 İran gəmisini, o cümlədən bir sualtı qayığı məhv etdiyini açıqlayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...