ABŞ Meksika narkokartellərini terror təşkilatları siyahısına daxil edib
ABŞ Dövlət Departamenti Meksikanın "Xuarez" (Juárez Cartel) və "Los Viagras" narkokartellərinin xarici terror təşkilatları və xüsusi kateqoriyalı qlobal terrorçular siyahısına daxil edildiyini elan edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin bəyanatında bildirilib.
Qurumdan qeyd edilib ki, hər iki kartel ABŞ vətəndaşlarına, Meksika təhlükəsizlik qüvvələrinə və dinc sakinlərə qarşı çoxsaylı hücumlar həyata keçirmiş narko-terror təşkilatlarıdır.
Dövlət Departamentində vurğulanıb ki, qərar narkokartellərin fəaliyyəti ilə mübarizəyə, onların maliyyə resurslarına çıxışının məhdudlaşdırılmasına və qəddar cinayətlərin maliyyələşdirilməsi üçün istifadə olunan gəlir mənbələrinin qarşısının alınmasına yönəlib.
Qərar qüvvəyə mindikdən sonra qeyd olunan təşkilatların və onlarla əlaqəli şəxslərin ABŞ-də olan və ya Birləşmiş Ştatlar vətəndaşlarının nəzarəti altında olan aktivləri bloklanacaq. ABŞ vətəndaşlarına həmçinin onlarla maliyyə əməliyyatları aparmaq qadağan edilir.
Oxşar xəbərlər
Türkiyədə naməlum PUA partlayıb: 3 avtomobilə ziyan dəyib
Türkiyənin Trabzon vilayətinin Arsin rayonunda naməlum pilotsuz uçuş aparatı (PUA) düşərək partlayıb. BAKU.WS xəbər verir ki, hadisə avqustun 18-də saat 19:30 r...