ABŞ kəşfiyyatı: İran hərbi imkanlarını gözləniləndən daha sürətlə bərpa edir

ABŞ kəşfiyyatı: İran hərbi imkanlarını gözləniləndən daha sürətlə bərpa edir
Dünya 17

ABŞ kəşfiyyatının hesabatına görə, İran ağır hücumlara baxmayaraq hərbi sənaye infrastrukturunu qısa müddətdə yenidən qurmağa başlayıb.

BAKU.WS CNN telekanalına istinadən xəbər verir ki, Tehran pilotsuz uçuş aparatlarının istehsalını artıq bərpa edib və bəzi hərbi imkanlarını əvvəlki vəziyyətinə qaytarır.

Məlumata görə, ABŞ kəşfiyyatı İran ordusunun ilkin proqnozlardan daha sürətli toparlandığını müəyyən edib. Hesabatda bildirilir ki, raket buraxılış sistemləri, hərbi istehsal sahələri və pilotsuz aparat infrastrukturu yenidən aktivləşdirilir.

Amerikalı rəsmilərdən biri İranın hücum məqsədli PUA imkanlarını altı ay ərzində tam şəkildə bərpa edə biləcəyini bildirib. Mənbələrin sözlərinə görə, İran ABŞ və İsrailin hücumlarından sonra belə ballistik raket, hava hücumundan müdafiə və dron potensialının böyük hissəsini qoruyub saxlayıb.

Hesabatda qeyd olunur ki, Çin və Rusiyadan alınan dəstək, həmçinin gözlənildiyi qədər böyük dağıntının olmaması İranın daha tez bərpa olunmasına şərait yaradıb.

Bununla yanaşı, ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper daha əvvəl İranın müdafiə sənayesi infrastrukturunun böyük hissəsinin məhv edildiyini açıqlamışdı. Lakin son kəşfiyyat məlumatlarının bu açıqlamalarla tam üst-üstə düşmədiyi bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər