ABŞ İraqdakı iki hərbi bazanı tərk edir
Yeniliklərdən dərhal xəbərdar olun
Amerika Birləşmiş Ştatları İraqda yerləşən "Ayn əl-Əsəd" və "Viktoriya" hərbi bazalarından qoşunlarını çıxarmağa qərar verib.
BAKU.WS xəbər verir ki, məlumatı "Sky News Arabia" telekanalı mənbələrə istinadla yayıb.
Bildirilir ki, ABŞ qüvvələri bir hissəsini Ərbildəki hərbi bazaya, digər hissəsini isə yaxınlıqdakı ərəb ölkəsinə köçürməyə başlayıb.
Mənbənin sözlərinə görə, Vaşinqton iraqlı tərəfə prosesin sürətləndiriləcəyini və qoşunların çıxarılmasının iki ölkə arasında imzalanmış çərçivə sazişindəki qrafikdən daha tez başa çatdırılacağını bildirib.
Qeyd edək ki, ABŞ 2024-cü ilin sentyabrında İraqdakı beynəlxalq missiyasının başa çatdığını açıqlamış və hərbi qüvvələrini mərhələli şəkildə geri çəkməyə başlamışdı.
Oxşar xəbərlər
Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb
İsveçdə balıq tutmaq üçün torpaqda qurd axtaran cütlük təsadüfən böyük tarixi xəzinə aşkar edib. Tapıntılar arasında 24 min 100 gümüş sikkə və 144 tarixi əşya v...