ABŞ İranla gərginlik fonunda təhlükə səviyyəsini artırdı – Kiberhücum riski var
ABŞ Milli Terrorla Mübarizə Mərkəzi İranla artan gərginlik fonunda ölkədə təhlükə səviyyəsinin yüksəldiyinə dair xəbərdarlıq yayıb.
BAKU.WS-in məlumatına görə, bu barədə CBS telekanalı məlumat verib.
İyunun 22-si səhər saatlarında yayımlanan bülletendə konkret təhdidlərə yer verilməsə də, İranla əlaqəli haker qruplarının mümkün kiberhücum riskinə diqqət çəkilib.
Daxili Təhlükəsizlik Departamentinə daxil olan mərkəz, həmçinin vurğulayıb ki, İran və İsrail arasında davam edən münaqişə bəzi ekstremist qrupları zorakı hücumlara təşviq edə bilər.
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp İranın Fordo, Natanz və İsfahan şəhərlərində yerləşən üç nüvə obyektinə uğurlu zərbələr endirildiyini bəyan edib. Trampın sözlərinə görə, Tehran vəziyyətin sabitləşməsi üçün danışıqlara razılıq verməlidir.
Oxşar xəbərlər
Buralarda yavaş gedən maşın dron qurbanıdır: "Səhərki hücumun qarşısını tanışım aldı"
- Buraxacaqsınız, gedim, yoxsa yox? - Çox sürətlə gəlirdiniz, - deyə papağının arxasından başını qaşıyan ukraynalı polis tərəddüdsüz dillənərək davam etmək istə...