ABŞ İranın bütün telekommunikasiya sistemini sıradan çıxarıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ "Epik qəzəb" hərbi əməliyyatı çərçivəsində İranın bütün telekommunikasiya sistemini sıradan çıxarıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri Donald Tramp bunu Floridada keçirilən "Amerikanın Qalxanı" sammitində açıqlayıb.
"Biz onların rabitəsini məhv etdik və bütün telekommunikasiyalar yox oldu. Bilmirəm onlar necə ünsiyyət qururlar, amma düşünürəm ki, nəsə tapacaqlar", - o deyib.
Tramp bildirib ki, ABŞ əməliyyat zamanı İranın 42 hərbi gəmisini məhv edib: "Onlardan bəziləri olduqca böyükdür".
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Hücumlar nəticəsində İranın Ali rəhbəri Əli Xamenei fevralın 28-də səhər saatlarında öldürülüb, lakin İranda bu məlumat martın 1-də təsdiqlənib.
Oxşar xəbərlər
ABŞ Ruanda Müdafiə Nazirliyinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Konqo Demokratik Respublikasının (KDR) şərqində fəaliyyət göstərən M23 silahlı qruplaşmasına dəstək verdiyinə görə Ruanda Müdafiə Nazirliyi və bir maliyyə t...