ABŞ İrandakı əməliyyatı nə vaxt dayandıracaq? - ŞƏRTLƏR

ABŞ İrandakı əməliyyatı nə vaxt dayandıracaq? - ŞƏRTLƏR
Dünya 31

ABŞ-nin İrana qarşı hərbi əməliyyatı hansı şərtlərdə dayandıra biləcəyi ilə bağlı yeni iddialar səsləndirilib.

BAKU.WS "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, beynəlxalq siyasət üzrə professor Skot Lukas bildirib ki, ABŞ əməliyyatı bir neçə ciddi amilin təsiri ilə dayandıra bilər.

Onun sözlərinə görə, ABŞ cəmiyyətində müharibəyə dəstəyin azalması, neft qiymətlərinin kəskin bahalaşması, ABŞ fond bazarlarının enməsi və qlobal iqtisadi böhran təhlükəsi yaranarsa, Vaşinqton müharibəni dayandırmaq məcburiyyətində qala bilər.

Ekspert bildirib ki, ABŞ prezidenti Donald Tramp artıq neft qiymətlərindəki artım, maliyyə bazarlarında itkilər və müharibəyə qarşı çıxan ictimai təzyiq səbəbindən ciddi təzyiq hiss edir. Onun fikrincə, bu amillər daha da güclənsə, ABŞ rəhbərliyi qarşıdurmanı dayandırmaq qərarı verə bilər.

Lukas hesab edir ki, Tramp və ətrafı ABŞ vətəndaşlarının böyük hissəsinin müharibəyə qarşı olduğunu anladıqda vəziyyət dəyişə bilər. O qeyd edib ki, hazırda amerikalıların təxminən 56 faizi bu müharibəni dəstəkləmir. Bundan əlavə, dünya bazarında neftin qiyməti 100 dollardan yuxarı qalxaraq 150 dollara yaxınlaşarsa, həmçinin ABŞ fond bazarlarında ciddi eniş baş verərsə və qlobal iqtisadi böhran təhlükəsi yaransa, ABŞ əməliyyatı dayandırmağa məcbur qala bilər.

Professorun sözlərinə görə, ABŞ rəhbərliyinə bu münaqişədən çıxmaq üçün özünü qorumağa imkan verəcək vasitə də lazımdır. O bildirib ki, hazırda Trampa təsir imkanları olan tərəflərdən biri Fars körfəzi ölkələridir, çünki həmin regionda Trampın şəxsi və ailəvi investisiyaları, həmçinin ABŞ aktivləri mövcuddur.

Son xəbərlər