ABŞ-İran müharibəsi 2029-cu ilə qədər davam edə bilər
ABŞ-İran müharibəsi 2029-cu ilə qədər davam edə bilər.
BAKU.WS xəbər verir ki, "The Wall Street Journal"ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp müharibənin yaxın vaxtlarda başa çatacağını desə də, Ağ Evin yüksəkvəzifəli müşavirləri qarşıdurmanın onun prezidentlik müddətinin sonuna qədər uzana biləcəyi barədə xəbərdarlıq ediblər.
Məlumata görə, vitse-prezident Cey Di Vens və Dövlət katibi Marko Rubio Oval kabinetdə və Ağ Evin Əməliyyatlar Otağında keçirilən görüşlər zamanı Trampa münaqişənin mümkün inkişaf ssenariləri barədə qiymətləndirmələr təqdim ediblər.
ABŞ rəsmiləri hesab edirlər ki, dəniz blokadası və hərbi əməliyyatlara baxmayaraq, Tehran Vaşinqtonun təzyiqlərinə müqavimət göstərməkdə davam edə bilər. Bu isə qarşıdurmanın 2029-cu ilin yanvarına qədər uzanması ehtimalını gündəmə gətirib.
Qeyd edək ki, Tramp daha əvvəl İranın uzun müddət müqavimət göstərə bilməyəcəyini və müharibənin noyabrda keçiriləcək aralıq seçkilərdən dərhal sonra başa çatacağını bildirib.
Oxşar xəbərlər
Dmitri Medvedev: Rusiyada səfərbərliyə ehtiyac yoxdur
Rusiya ordusu müqaviləli əsgərlər və könüllülərlə tam təchiz olunub, ona görə də səfərbərliyə ehtiyac yoxdur. BAKU.WS TASS-a istinadən xəbər verir ki, bu barəd...