ABŞ-İran gərginliyi yenidən artır: Müharibə yenidən başlayacaq?
ABŞ ilə İran arasında gərginlik həm diplomatik, həm də hərbi müstəvidə yenidən yüksəlir. Donald Tamp administrasiyasının İrana qarşı hərbi əməliyyatların bərpasını ciddi şəkildə nəzərdən keçirdiyi bildirilir.
BAKU.WS "Axios" portalına istinadən xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı Ağ Evə müxtəlif ssenarilər təqdim etməyə hazırlaşır. Bu planlar arasında Hörmüz boğazı ətrafında nəzarətin ələ keçirilməsi və bölgədə gəmiçiliyin bərpası da var.
Eyni zamanda, Tehran sərt ritorika ilə çıxış edir. İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rzayi Vaşinqtonu yeni hücumdan çəkindirərək bunun ABŞ üçün "fəlakətli nəticələr" doğuracağını bildirib. O, ABŞ qüvvələrinə qarşı genişmiqyaslı cavab veriləcəyini və hərbi qulluqçuların əsir götürülə biləcəyini iddia edib.
İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani də oxşar mövqe sərgiləyərək, ABŞ tərəfinin istənilən addımına dərhal cavab veriləcəyini vurğulayıb.
Xatırladaq ki, tərəflər arasında əldə olunmuş qısa müddətli atəşkəs və İslamabad danışıqları nəticəsiz qalıb. Regionda, xüsusilə Hörmüz boğazında qeyri-müəyyənlik davam edir və bu vəziyyət qlobal enerji bazarlarına ciddi təsir göstərməkdədir.
Oxşar xəbərlər
İranla müharibənin xərci 25 milyard dollara çatıb - Pentaqon
ABŞ Müdafiə Nazirliyi İranla davam edən hərbi əməliyyatların ümumi xərclərinin təxminən 25 milyard dollara yüksəldiyini açıqlayıb. BAKU.WS xəbər verir ki, "Epik...