ABŞ İran, Çin, BƏƏ, Pakistan və CAR şirkətlərinə məhdudiyyətlər qoyub

ABŞ Ticarət Departamenti İran, Çin, BƏƏ, Pakistan və Cənubi Afrika Respublikasından olan 70 müəssisənin ixracına məhdudiyyətlər qoyub.
"Report" xəbər verir ki, bu barədə ABŞ Federal Reyestrdə yerləşdirilmiş bildirişdə deyilib.
Qeyd olunub ki, departamentin Sənaye və Təhlükəsizlik Bürosu 70 təşkilata, o cümlədən Çindən 42, Pakistandan 19, BƏƏ-dən 4, Cənubi Afrikadan 3 və İrandan daha 2 şirkətə məhdudiyyətlər qoyub.
Belə ki, bu şirkətlərin ABŞ-nin milli təhlükəsizliyinə və ya xarici siyasət maraqlarına zidd hərəkət etdiyi müəyyən edilib.
Tətbiq edilən məhdudiyyətlər nəticəsində tədarükçülər xüsusi lisenziya almadan Amerika mallarını Ticarət Departamentinin sanksiyalarına məruz qalan hüquqi şəxslərə göndərə bilməyəcəklər. Bununla belə, lisenziya ərizələrinə baxılarkən "imtina prezumpsiyası" yaranacaq, yəni bu cür müraciətlər çox güman ki, rədd ediləcək.
Oxşar xəbərlər
ABŞ 1992-ci ildən bəri ilk dəfə Rusiya istehsalı yumurta alıb
2025-ci ilin iyul ayında ABŞ ilk dəfə 1992-ci ildən bəri Rusiyadan toyuq yumurtası idxal edib. BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Statistika Xidməti məlumat...
