ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum etdi, beş nəfər həlak oldu
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib.
BAKU.WS "TASS"a istinadən xəbər verir ki, mülki yük daşıyan gəmilər Omanın Xasab limanından İran sahillərinə doğru hərəkət edirdi.
Hadisə ABŞ-nin bir neçə İran qayığını batırdığı barədə məlumatları yoxladıqdan sonra məlum olub.
Mənbənin məlumatına görə, ABŞ-nin Hörmüz boğazında iki yük gəmisinə hücumu nəticəsində ən azı beş nəfər həlak olub.
Daha əvvəl ABŞ Mərkəzi Komandanlığının komandanı admiral Bred Kuper ABŞ hərbi helikopterlərinin Hörmüz boğazında altı kiçik İran qayığını batırdığını bildirmişdi.
Bu barədə "Associated Press" agentliyi məlumat yaymışdı.
Oxşar xəbərlər
Pezeşkian: İran millisinin futbolçuları maksimum səylə mübarizə aparırlar
İran Prezidenti Məsud Pezeşkian futbol üzrə milli komandanın dünya çempionatındakı çıxışını yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, dövlət başçısı yığma...