ABŞ hərbi kiberhücum bölməsində bir ay ərzində 5 intihar hadisəsi baş verib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığında hərbçi hakerlər arasında bir-birinin ardınca baş verən intiharlarla bağlı araşdırma aparılır. Məlumata görə, 2026-cı ilin iyunun əvvəlindən iyulun əvvəlinə qədər ən azı beş hərbçi intihar edib.
BAKU.WS Bloomberg-ə istinadən xəbər verir ki, Pentaqon hadisələri "intihar klasteri" kimi qiymətləndirib. B
Məlumata görə, iyun ayında Kiber Komandanlığın rəhbəri əməkdaşlara göndərdiyi məktubda üç intihar hadisəsini təsdiqləyib. Sonrakı dövrdə isə daha iki oxşar hal qeydə alınıb. Hadisələr ABŞ qanunvericiləri və ölkənin milli kompüter sistemlərinin qorunmasına, eləcə də xarici dövlətlərə qarşı kiber əməliyyatların həyata keçirilməsinə cavabdeh olan xüsusi hərbi bölmənin rəhbərliyi arasında ciddi narahatlıq yaradıb.
Mütəxəssislər və komandanlığın keçmiş əməkdaşları böhranın əsas səbəbləri sırasında həddindən artıq iş yükünü, kadr çatışmazlığını və uzunmüddətli peşə tükənməsini göstərirlər. ABŞ kiberqüvvələrinin iş intensivliyinin ölkənin müxtəlif münaqişələrdə iştirakı, süni intellekt sahəsində silahlanma yarışı və pəncərəsiz, qapalı məkanlarda uzun növbələrin artması fonunda yüksəldiyi bildirilir.
Pentaqonun daha əvvəl apardığı araşdırmalarda da kiberoperatorlar arasında ciddi psixoloji problemlərin olduğu müəyyən edilmişdi. Buna baxmayaraq, əməkdaşlara dəstək proqramlarının tam şəkildə həyata keçirilmədiyi qeyd olunur.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...