ABŞ-dəki meşə yanğınları iqtisadiyyata 57 milyard dollar ziyan vura bilər

ABŞ-dəki meşə yanğınları iqtisadiyyata 57 milyard dollar ziyan vura bilər
Foto
Dünya 84

ABŞ-dəki meşə yanğınlarının iqtisadiyyata vurduğu ziyanın dəyəri proqnozlaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə dünya miqyasında hava proqnozu xidmətini yerinə yetirən "AccuWeather" təxminlər irəli sürüb.

Müvafiq olaraq, Kaliforniyada meşə yanğınları nəticəsində ümumi zərərin və iqtisadi itkilərin 52-57 milyard dollar arasında olacağı bildirilib.

Los-Ancelesdə quru hava şəraiti ilə birlikdə güclü külək nəticəsində çərşənbə axşamı axşam saatlarından meşə yanğınları başlayıb.

Yanğın zamanı Sakit Okean bölgəsində 3 min hektar ərazi külə dönüb və bölgə sakinləri üçün təxliyə əmri verilib.

Kaliforniya qubernatoru Qevn Nyusam verdiyi açıqlamada yanğınla mübarizə səylərinin davam etdiyini və Los-Ancelesdə fövqəladə vəziyyət elan etdiyini bildirib.

Los-Ancelesin bir sıra bölgələrdə davam edən yanğınlar nəticəsində indiyədək çox sayda insanın yaralandığı bildirilir.

Son xəbərlər