ABŞ-də naməlum infeksiya - Təxminən 7 min yoluxma qeydə alınıb
ABŞ-də qida mənşəli olduğu ehtimal edilən siklosporiaz infeksiyasının geniş yayıldığı bildirilir. Mütəxəssislər ölkə üzrə təxminən 7 min nəfərin bu xəstəliyə yoluxmuş ola biləcəyini açıqlayıblar.
BAKU.WS xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, infeksiya indiyədək azı 34 ştatda aşkarlanıb. Hazırda 1 645 yoluxma laboratoriya üsulu ilə təsdiqlənib, 5 100-dən çox şübhəli hal isə araşdırılır.
CDC həkimlərə klinik əlamətlər müşahidə olunan xəstələrdə "Cyclospora" parazitinin aşkarlanmasına yönəlmiş testlərin aparılmasını tövsiyə edib.
Məlumata əsasən, may ayından bəri xəstəlik səbəbindən 141 nəfər xəstəxanaya yerləşdirilib. İndiyədək ölüm halı qeydə alınmayıb.
ABŞ Qida və Dərman Administrasiyası (FDA) infeksiyanın mənbəyini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb. Lakin hələlik yoluxmanın konkret hansı qida məhsulu, restoran, market və ya tədarük zənciri ilə əlaqəli olduğu müəyyən edilməyib.
Qeyd edək ki, siklosporiaz Cyclospora adlı mikroskopik parazitin törətdiyi infeksiyadır. Xəstəlik əsasən çirklənmiş su və ya gigiyena qaydalarına əməl olunmadan emal edilmiş, xüsusilə çiy şəkildə istehlak olunan meyvə-tərəvəz məhsulları vasitəsilə yayılır. İnfeksiyanın əsas əlamətləri uzunmüddətli və şiddətli ishal, qarın ağrısı, ürəkbulanma və halsızlıqdır.
Oxşar xəbərlər
Moskvada sarı XƏBƏRDARLIQ edildi
Rusiyanın paytaxtı Moskvada iyulun 16-sı üçün güclü küləklə əlaqədar "sarı" hava təhlükəsi səviyyəsi elan olunub. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Hidro...