ABŞ-də kişi balıq tutarkən 150 illik gəmi qalıqları tapıb

ABŞ-də kişi balıq tutarkən 150 illik gəmi qalıqları tapıb
Foto
Dünya 71

ABŞ-nin Florida ştatında yaşayan bir kişi balıq ovu zamanı təxminən 150 illik gəmi qalıqlarına rast gəlib.

BAKU.WS xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb.

Hadisə qabarma-çəkilmə vaxtı baş verib. Tomas Peterson adlı şəxs sahildə lilin altında taxta konstruksiyalar görüb. Əvvəlcə bunlar körpü qalıqları kimi görünsə də, sonradan onların qədim gəminin hissələri olduğu üzə çıxıb.

Petersonun çəkdiyi şəkillərdə lil və dəniz yosunları altında qismən görünən taxta dirəklər və lövhələr əks olunub.

"Mənim dostlarım dedilər ki, bu körpüdür, amma cavab verdim ki, bu qayıqdır. Belə tarixi təsadüfən tapmaq çox maraqlıdır", – deyə Peterson bildirib.

O, həmin yerdə artıq on ildir balıq tutduğunu, amma bu dəfə buranın ona daha böyük sürpriz etdiyini deyib. Amerikalının ehtimalına görə, gəmi vaxtilə rom və ya qaçaq yolla gətirilən spirtli içkilərin daşınması üçün istifadə olunub.

Peterson hadisə yerində bənövşəyi şüşə parçası da tapıb və bunun qədim içki butulkasına aid ola biləcəyini düşünür. Əgər bu fərziyyə təsdiqlənsə, gəmi "qadağan qanunu" dövründən əvvəlki illərə aid ola bilər.

Məlumat verilir ki, artıq yerli arxeoloqlar tapıntını araşdırmağa başlayıblar. Yaxın zamanda gəmi qalıqlarının Floridanın müvafiq qurumları tərəfindən daha detallı tədqiq olunacağı gözlənilir.

Oxşar xəbərlər

Tramp xarici yardımda milyardlarla dolları dondurmağa çalışır

Tramp xarici yardımda milyardlarla dolları dondurmağa çalışır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ali Məhkəmədən hökumətin əvvəllər Konqresin xarici yardım üçün ayırdığı milyardlarla dolların dondurulması qərarı...

29 Dünya 22:52 08 sentyabr 2025

Son xəbərlər