ABŞ-də iki yaşlı qızcığaz qarışqa dişləməsindən ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Corciya ştatında həkimlər alovlu qarışqaların dişlədiyi iki yaşlı qız uşağını xilas edə bilməyiblər.
Bu barədə" Daily Mail" nəşri məlumat yayıb.
Qarışqaların dişləməsi uşağın orqanizmində güclü allergik reaksiya – anafilaktik şok yaradıb. Bu səbəbdən qızcığaz nəfəs almaqda çətinlik çəkib. O, xəstəxanaya çatdırılsa da, orada azyaşlılarla işləməyə uyğun tibbi avadanlıq olmayıb.
Valideynlər hesab edirlər ki, bu ölümü qarşısını almaq mümkün idi. Onlar, qızlarına yardım etməyə çalışan həkim və tibb bacısı barəsində məhkəməyə müraciət ediblər.
İddiada qeyd olunur ki, tibb bacısı anafilaktik şok zamanı həyati vacib olan epinefrin inyeksiyasını vurmaqda 20 dəqiqədən çox gecikib. Həkim isə lazımi alətlərin olmaması səbəbindən intubasiya edə bilməyib.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...