ABŞ-də həbsxana mühafizəçiləri məhbusu döyərək öldürüblər
ABŞ-nin Nyu-York şəhərində yerləşən islah əmək müəssisəsində bir məhbus əlləri qandallı vəziyyətdə mühafizəçilər tərəfindən döyülüb və təhqir edilib. Nəticədə o, aldığı xəsarətlərdən həyatını itirib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Associated Press" məlumat yayıb.
Nyu-York ştatının Oneyda dairəsində yerləşən Marsi həbsxanasında baş verən hadisənin görüntüləri dekabrın 27-də prokurorluq tərəfindən yayımlanıb.
Görüntülərdə, 43 yaşlı Robert Bruksun mühafizəçilər tərəfindən təkrarən döyüldüyü, çəkmələrlə sinəsinə təpik vurulduğu və boynundan tutularaq atıldığı əks olunub.
Hadisənin dekabrın 9-da baş verdiyi bildirilir. Kadrlarda 13 mühafizəçi və tibb işçisinin Bruksa üzünə və qarın nahiyəsinə zərbələr endirdiyi və onu müayinə masasına qandalladığı görünür. Ertəsi gün həkimlər məhbusun öldüyünü elan ediblər.
#USA : Robert Brooks, 43 ans, est décédé le 10 décembre à l'hôpital Wynn d'Utica, dans l'État de New York, après avoir été tabassé par des gardiens de prison.#Racisme #Negrophobie pic.twitter.com/avbuxKg4ZP
— Josly Ngoma (@josly_ngoma) December 27, 2024
Oxşar xəbərlər
İsrail hərbçiləri Qəzzada reyd zamanı 240-dan çox radikalı saxlayıb
İsrail hərbçiləri Qəzza zolağında keçirdiyi əməliyyat zamanı 240-dan çox fələstinli radikalı saxlayıb. "Report" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbu...