ABŞ-də Co Baydenin oğlunun 4 milyon dollarlıq evi yanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Kaliforniyanın Malibu şəhərində ABŞ prezidenti Co Baydenin oğlu, 54 yaşlı Hanter Baydenin evi yanğın nəticəsində tamamilə yanıb. Mülk 4 milyon dollar (410 milyon rubl) dəyərində qiymətləndirilib.
BAKU.WS Daily Mail-ə istinadən bildirir ki, 54 yaşlı Hunterin həyat yoldaşı Melissa Cohen ilə paylaşdığı 4 milyon dollarlıq ev bu gün Los-Anceles qraflığında nəzarətdən çıxan dörd meşə yanğını nəticəsində dağılan 1000-dən çox evdən biridir.
Malikanənin üç vanna otağı və Sakit Okeana panoramik mənzərəsi var idi.
Xatırladaq ku, yanvarın 9-da səhər saatlarında Kaliforniyada meşə yanğınlarının sahəsi 10 min hektarı keçib və böyüməkdə davam edir. Nəticədə beş nəfər həlak olub. İlkin məlumatlara görə, yanğınlar mindən çox binanı dağıdıb. Los-Anceles Yanğınsöndürmə İdarəsi 100 mindən çox insanın yaşadığı Hollivud yaxınlığındakı bir neçə məhəllə sakinlərini təxliyə etməyi əmr edib. Bir milyona yaxın insan işıqsız qalıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...