ABŞ-də bayram səyahətləri rekord qırıb
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də Milad və Yeni il bayramları ərəfəsində səyahət edənlərin sayı rekord həddə çatıb. Xüsusilə Nyu-York şəhərində il sonu tətili ilə əlaqədar minlərlə insan yola çıxıb.
BAKU.WS xəbər verir ki, Nyu-York və Nyu-Cersi ştatlarını birləşdirən Corc Vaşinqton körpüsündə sıx nəqliyyat müşahidə olunub. Yollarda uzun tıxaclar yaranıb.
Məlumatlara görə, Milad və Yeni il dövründə təxminən 122,4 milyon amerikalının səyahət etməsi gözlənilir.
Mütəxəssislər bildirirlər ki, bu göstərici ABŞ tarixində qeydə alınan ən intensiv səyahət dövrlərindən biri hesab olunur.
Oxşar xəbərlər
İraq qanunsuz neft ixracı və fırıldaqçılıq səbəbindən 303 milyard dollar vəsait itirib
İraqın dövlət büdcəsi son 17 ildə ölkənin şimal bölgələrindən neft və neft məhsullarının qaçaqmalçılığı, fırıldaqçılıq sxemləri nəticəsində təxminən 303 milyard...