ABŞ-də 78 milyondan çox vətəndaş prezident seçkilərində erkən səs verib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də əhali prezident seçkilərində erkən səsverməyə qoşulub.
BAKU.WS tass-a istinadən xəbər verir ki, 78 milyondan çox ABŞ vətəndaşı 5 noyabrda keçiriləcək seçkilərdən əvvəl erkən səsvermə imkanı əldə edib. Florida Dövlət Universitetinin yayımladığı məlumatlara əsasən, 42,6 milyondan çox insan seçki məntəqələrinə gedib, təxminən 35,3 milyon nəfər isə poçt vasitəsilə səs verib.
ABŞ-də qeydiyyatdan keçmiş seçicilərin ümumi sayı təxminən 168 milyondur. Ən yüksək iştirak Texasda (8,9 milyon səs), Floridada (8,1 milyon), Kaliforniyada (7,6 milyon), Şimali Karolinada (4,4 milyon) və Corciyada (4 milyon) qeydə alınıb.
ABŞ-də növbəti ümumi seçkilər 5 noyabrda keçiriləcək. Respublikaçı Donald Tramp və Demokrat Kamala Harris dövlət başçısı vəzifəsi uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Tramp ABŞ-ın 45-ci prezidenti olub (2017-2021). 2020-ci il seçkilərində Demokrat Co Baydenə uduzub və indi Ağ Evə qayıtmağa çalışır. Harris isə 2021-ci ilin yanvarından bəri vitse-prezident kimi fəaliyyət göstərir.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...