ABŞ-də 17 milyon toyuq tələf olub, yumurtanın qiyməti kəskin bahalaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də 2025-ci il ərzində yumurtaların qiymətinin 41,1% artacağı gözlənilir.
Bu barədə "ABC News" kanalı ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, yumurtaların qiymətinin artması ölkədə baş verən qıtlıqla bağlıdır. ABŞ-də 2024-cü ilin noyabr-dekabr aylarında yayılmış quş qripi epidemiyası 17,2 milyon yumurtlayan toyuğun tələf olmasına səbəb olub ki, bu da yumurta istehsalında ciddi azalma yaradıb.
Yanvar ayının nəticələrinə əsasən, ABŞ-də 12 ədəd yumurtanın orta qiyməti 4,95 dollar təşkil edib. Nazirliyin məlumatına görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 53% daha yüksəkdir.
Bəzi supermarketlər yumurta qıtlığının qarşısını almaq üçün məhdudiyyətlər tətbiq edib. Məsələn, "Market Basket" şəbəkəsi Massaçusets ştatında alıcılardan bir ailəyə maksimum iki qutu yumurta almağı xahiş edib. Las-Veqas sakini isə yerli marketlərdə yumurta rəflərinin tamamilə boş olduğunu bildirib.
Oxşar xəbərlər
İtaliyaya getmək istəyənlərin DİQQƏTİNƏ! Qadağa qoyulur
İtaliyanın Sardiniya adasında 15 restoran ailələrin yemək zamanı telefondan istifadəsini məhdudlaşdıran pilot layihəyə qoşulub. BAKU.WS xəbər verir ki, bir ay d...