ABŞ-də 11 ştat Tramp administrasiyasına qarşı məhkəmə iddiası qaldırdı
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-də 11 ştat və Kentukki ştatının qubernatoru Endi Beşir Donald Tramp administrasiyasına qarşı məhkəməyə müraciət edib.
BAKU.WS xəbər verir ki, "Associated Press"in məlumatına görə, iddia Tramp hökumətinin fövqəladə hallar və terrorla mübarizə fondlarının istifadəsinə məhdudiyyətlər qoyması ilə bağlıdır. Yeni qaydalar fondların xərclənmə müddətini üç ildən bir ilə endirib və ştatlardan aktuallaşdırılmış əhali məlumatları tələb edib.
Ştatlar bu tələblərin "əsassız və məntiqsiz" olduğunu bildirərək, federal hökumətin vəsait bölgüsündə ədalətsizlik yaratdığını iddia edir. DHS isə dəyişikliklərin "resursların daha səmərəli istifadəsinə" yönəldiyini açıqlayıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...