ABŞ bütün səfirliklərə İrandan gələn potensial təhdidlə bağlı xəbərdarlıq edib
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ-nin Dövlət Departamenti dünya üzrə bütün diplomatik nümayəndəliklərinə təhlükəsizlik vəziyyətini yenidən dəyərləndirmək və mümkün risklərə qarşı hazırlığı artırmaq barədə göstəriş verib.
BAKU.WS "The Washington Post" nəşrinə istinadla xəbər verir ki, bu tapşırıq ABŞ-İsrail hərbi əməliyyatları fonunda İrandan qaynaqlana biləcək təhdid ehtimalları ilə bağlıdır və qurumun daxili yazışmalarına əsaslanır.
Məlumatda qeyd olunur ki, ABŞ dövlət katibi Marko Rubio səfirliklərə potensial riskləri müəyyənləşdirmək, eləcə də operativ cavab planları hazırlamaq üçün xüsusi işçi qrupları yaratmağı tapşırıb.
Əvvəllər bu tip xəbərdarlıqlar əsasən Yaxın Şərqdə yerləşən diplomatik missiyalara göndərilirdi. Lakin hazırkı qərarla bu təlimat ilk dəfə olaraq bütün dünya üzrə ABŞ səfirliklərini əhatə edir və mövcud gərginliyin qlobal miqyasda qiymətləndirildiyini göstərir.
Oxşar xəbərlər
"Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır
ABŞ və İran münaqişənin tam dayandırılması ilə bağlı danışıqlarda mümkün irəliləyişə yaxınlaşır. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Bloomber...