ABŞ Avropadan İrandakı potensial hədəflər barədə kəşfiyyat məlumatlarını paylaşmasını istəyir - "The Washington Post"
ABŞ İrana zərbə endiriləcəyi təqdirdə Avropa müttəfiqlərindən potensial hədəflər barədə kəşfiyyat məlumatları istəyib.
BAKU.WS xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin məlumatında qeyd olunub.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp administrasiyasının nümayəndələri 12 yanvarda "İran daxilindəki mümkün hədəflər barədə kəşfiyyat məlumatlarını paylaşmağı xahiş ediblər.
"Hazırda Prezident Trampın nüvə obyektlərini hədəf alacağına dair heç bir əlamət yoxdur", - deyə qəzetə mənbə bildirib.
Çərşənbə axşamı günü Ağ Ev vitse-prezident JD Vensin sədrliyi ilə Tramp üçün İranla bağlı tədbirlər üçün variantları hazırlamaq məqsədilə Milli Təhlükəsizlik Şurasının iclasını keçirib.
Qeyd edək ki, İranda iğtişaşlar 29 dekabrda İran rialının məzənnəsinin kəskin düşməsi ilə başlayan küçə etirazlarından sonra böyüyüb və əksər böyük şəhərlərə yayılıb. Hakimiyyət orqanları 38 hüquq-mühafizə orqanı əməkdaşının ölümü barədə məlumat verib. İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, 8 yanvarda nümayişçilər arasında silahlı terrorçular peyda olub. İran hakimiyyəti iğtişaşların təşkilində İsraili və ABŞ-ni günahlandırıb.
Oxşar xəbərlər
Qonşu ölkəyə 40 dərəcə şaxta ilə bağlı XƏBƏRDARLIQ EDİLDİ
Yanvarın 19-na qədər Sibirdə anomal soyuq hava şəraiti hökm sürəcək. BAKU.WS xəbər verir ki, bu barədə "Meteo" proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov "RİA...