ABŞ artıq İrana hücumlar üçün Britaniya bazalarından istifadə edə biləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Böyük Britaniya ABŞ-nin İranda müəyyən hədəflərə zərbələr endirməsi üçün öz hava bazalarından istifadəyə razılıq verib.
BAKU.WS-in xarici mediaya istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin sözçüsü Yaxın Şərqdəki gərgin vəziyyətlə bağlı keçirilən hökumət iclasından sonra açıqlama verib.
Qeyd olunub ki, nazirlər ABŞ tərəfinin müdafiə xarakterli əməliyyatlar çərçivəsində Britaniya bazalarından istifadəsinə razılıq bildiriblər. Bildirildiyinə görə, planlaşdırılan zərbələr Hörmüz boğazında gəmilərə hücumlarda istifadə edildiyi iddia olunan obyektlərə yönələcək.
Məlumata əsasən, martın əvvəlində London Vaşinqtonun İranın raket anbarlarına zərbə endirmək üçün krallıq ərazisində yerləşən hərbi bazalardan istifadə ilə bağlı müraciətini təsdiqləyib. Rəsmi dairələr bunun ölkənin maraqları və vətəndaşlarının təhlükəsizliyi ilə əlaqələndirildiyini vurğulayıb.
Eyni zamanda, Böyük Britaniyanın əməliyyatlarda birbaşa iştirak etməyəcəyi diqqətə çatdırılıb.
Oxşar xəbərlər
İqlim dəyişikliyi qlobal sağlamlıq böhranına çevrilir: Hər il yüz minlərlə insan ölür
İqlim dəyişikliyinin insan sağlamlığına mənfi təsirləri sürətlə artır. 2026-cı il "Lancet Geri Sayım" hesabatında ekstremal istilərin və quraqlığın yaratdığı tə...