Abdolbari Gozalin dəfn yeri bəlli oldu

Abdolbari Gozalin dəfn yeri bəlli oldu
Dünya 653

Ötən gün "Azərsun Holding"in prezidenti, "Qarabağ"ın fəxri prezidenti Abdolbari Gozal vəfat edib.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 76 yaşında Dubayda dünyasını dəyişən tanınmış iş adamının dəfn mərasimi də elə bu şəhərdə təşkil olunacaq. Mərhumun dəfn mərasimi bu gün sübh namazından sonra planlaşdırılmışdı.

Abdolbari Gozalin Bakıda da yas mərasimləri nəzərdə tutulub.

Qeyd edək ki, Gozal ailəsi Bakı ilə yanaşı, Dubayda da yaşayır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər