Venesuelada yanacaq tükənib - İrandan yardım istədi

ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən dünyanın ən böyük neft ehtiyatına malik Venesuelada yanacaq tükənib.
BAKU.WS xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bildirilir ki, yanacaq tükənməsinin qarşısını almaq məqsədilə Venesuelada emal zavodunu işə salmaq üçün Prezident Nikolas Maduro İrandan yardım istəyib.
Məhz bundan sonra benzin istehsalında istifadə edilən əsas kimyəvi maddələri daşıyan "Mahan" hava yollarına məxsus iki təyyarə dünən Venesuelanın Falkon əyalətindəki "Paraquana" emal zavodunun yaxınlığındakı hava limanına eniş edib.
Məlumata görə, yaxın günlərdə İrandan daha 14 təyyarə Venesuelaya yardım aparacaq.
Venesuela hökuməti, "Mahan" Hava Yolları və İranın BMT-dəki nümayəndəliyi mövzu ilə əlaqədar açıqlama verməyib.
Qeyd edək ki, Venesuelada son həftələrdə paytaxt Karakas da daxil olmaqla, bir çox şəhərdəki yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb.
Oxşar xəbərlər
Koronavirusun böyük effekti: Çin bioloji savaşa məruz qalmış vəziyyətdədir
Dünya artıq yeni dövrə - bioloji savaş mərhələsinə qədəm qoyub və bundan sonra insanların taleyi bakteriyalara və viruslara sahib olanların nəzarətinə keçə bilə...
