SİZİN REKLAM BURADA!
055 213 76 73


Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inın kiçik bacısı Kim Ye Çjon qardaşının əvəzinə ölkəyə rəbərlik etməyə hazırlaşır.

BAKU.WS xəbər verir ki, bu barədə Yaponiyanın "Asahi" qəzeti yazıb.

Nəşrin yazdığına əsasən, İşçi Partiyasının Mərkəzi Komitəsinin plenar iclasında qərar qəbul olunub ki, KXDR lideri öləcəyi və ya ölkəni idarəetmə bacarığını itirəcəyi təqdirdə Kim Ye Çjon onun yerinə hakimiyyəti idarə edəcək.

Bundan sonra, Mərkəzi Komitənin Təşkilat şöbəsi müdirinin birinci müavini olan Şimali Koreya liderinin bacısının adı ən vacib sənədlərdə daha tez-tez görünməyə başlayıb.

Mart ayında Pxenyanın Seul və Vaşinqtonla münasibətlərinə dair xarici siyasi sənədləri onun imzası ilə nəşr olunub.


BAKU.WS