SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-ın İndiana ştatının Nyu-Çikaqo şəhərindən olan yanğınsöndürən Çarlz Kelvin bir günün içində milyonçuya çevrilib.

BAKU.WS xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Şənbə günü, 11 aprel, könüllü yanğınsöndürən Çarlz Kelvin özü və uşağı üçün 1.7 min dollar (124 min rubl) stimullaşdırıcı ödənişin hesabına köçməsini dəqiqləşdirmək üçün bankomata yaxınlaşıb. Kartını daxil edərək oradan 200 ABŞ dolları çıxarıb. Balansındakı qalan pulları dəqiqləşdirmək istəyən yanğınsöndürən şoka düşüb.

O, bank hesabında 8,2 milyon ABŞ dolları olduğunu görüb. Çarlz Kelvin əvvəlcə gözlərinə inanmayıb və ATM-in səhv etdiyini düşünüb. Kartı bir neçə dəfə daxil edib və ekranda milyonluq balans görüb.

13 aprel, bazar ertəsi günü Kelvin banka zəng edib. Ona məlumat veriblər ki, artıq hesabında böyük məbləğ yoxdur.

“Bu, kədərlidir. Bir saniyədə milyonçudan yoxsul bir insana çevrilirsən. Ancaq kasıb olduğun zaman irəliyə doğru hərəkət edirsən", - deyə yanğınsöndürən Çarlz Kelvin bildirib.

BAKU.WS