VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə ordusu 33 hərbçisinin ölümünə cavab olaraq Suriya ordusunun mövqelərinə endirdiyi zərbələr zamanı qarşı tərəfin verdiyi itkilər barədə açıqlama verib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar danışıb.

Onun sözlərinə görə, Suriya ordusuna qarşı 200-dən çox zərbə endirilib. Hava hücumu nəticəsində 5 vertolyot, 23 tank, 23 top, bir SA-17, bir SA-22 hava hücumundan müdafiə sistemi, 3 döyüş anbarı, 2 ərzaq anbarı və 1 qərargah binası sıradan çıxarılıb.

Bundan əlavə Suriya ordusunun 309 hərbçisinin öldüyü də bildirilib.

BAKU.WS