SİZİN REKLAM BURADA!
055 213 76 73


Səudiyyə Ərəbistanı rəhbərliyi koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 22 ölkə, o cümlədən Azərbaycanın vətəndaşlarına turist vizasının verilməsini dayandırıb.

BAKU.WS xəbər verir ki, bu barədə "əl-Ərəbiyə" telekanalı məlumat yayıb.

Turist vizası müvəqqəti olaraq dayandırılan ölkələrin siyahısı belədir: Əfqanıstan, Azərbaycan, Çin, Honq Konq, İndoneziya, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Makua, Malayziya, Pakistan, Filippin, Sinqapur, Somali, Cənubi Koreya, Suriya, Tayvan, Tayland, Özbəkistan, Vyetnam, Yəmən.

Buna qədər Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bəyan etmişdi ki, Həcc ziyarətinə görə Səudiyyə Ərəbistanında əməkdaşlıq edilən şirkətlər tərəfindən Azərbaycana heç bir müraciət daxil olmayıb.

BAKU.WS