VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mustafa Sandalın növbəti unudulmaz konserti məşhur şou mərkəzlərindən biri olan Bostancı da pərəstişkarlarına təqdim olunub.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, həmin gecədə məşhur simalardan biri olan müğənni İzel də yer alıb.
Mustafa Sandal konsertində İzelin çoxdankı arzusunu həyata keçirib.

Yayılan məlumatda bildirilir ki, konsertində çıxışı zamanı illərin pop müğənnisi Sandal İzeli səhnəyə dəvət edərək onunla birlikdə mahnı ifa edib.

Mustafa Sandalın "Jest Oldu" mahnısının klipində yer alan türkiyəli gözəl Duygu Dikmenoğluna illərcə pərəstiş etdiyini və podiumda yeriyərkən Mustafa Sandalın arxasınca qaçaraq mahnı oxumağını xəyal edən İzelin bu arzusu müğənni tərəfindən reallaşdırılıb.

"Jest oldu" mahnısını İzelin arxasınca qaçaraq söyləyən Mustafa Sandalı İzel də podiumda yeriyərək müşayiət edib.

23 il sonra eyni səhnədə görüşən Mustafa Sandal və İzel Sandalın illər əvvəl İzelə verdiyi "Emanet" və "Eyvallah" mahnılarını birlikdə səsləndiriblər.

BAKU.WS
VİDEO

QALEREYA