SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda daha 3 nəfərin koronavirusa yoluxması ilə bağlı yayılan xəbərlər rəsmən təsdiqlənib.

BAKU.WS xəbər verir ki, İran Səhiyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kiyanuş Cahanpur yaydığı bəyanatda Qumda 2 nəfərin, Ərakda isə 1 nəfərin bu virusa yoluxduğunu təsdiqləyib.

O bildirib ki, xəstəliyə tutulan Ərak sakini həkimdir.
Virusa yoluxanların Tehran xəstəxanalarına köçürüldükləri deyilir. Bundan başqa, koronavirusa yoluxduğu ehtimal edilən 5 digər Qum sakini də daha dəqiq analizlərin aparılması üçün Tehrana göndərilib.

BAKU.WS